Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcuddur, bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərin olması ilə əlaqədardır.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, mutasya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştammlarla təkrar yoluxma hallarına da aid etmək olar: “Təbii ki, mutasya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.