Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Senzor.az bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında azad olunmuş ərazilərə növbəti səfərdən görüntülər paylaşıb.
Paylaşımda deyilir: "Doğma Zəngilanda Azərbaycan muğamının valehedici sədaları!"