Binədə iki avtobus toqquşdu: XƏSARƏT ALANLAR VAR
VİDEO

Bu gün Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu.az bildirir ki, hadisə saat 07:40-da qeydə alınıb.

 

Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi “Hyundai” markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.

 

Qəza nəticəsində xəsarət alanlar var və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

**  

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Binə Sovxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 24-də saat 08:00-dan etibarən 13 nəfər (yeddi kişi, altı qadın) Sabunçu Tibb Mərkəzinə, doqquz nəfər (kişi) isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

"Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

 

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.