Şəmkirdəki qətlin detalları: "Hadisəni törətməkdə şübhəli bilinən özü polisə xəbər verib ki..." - VİDEO

Xəbər verdildiyi kimi, Şəmkirin Mahmudlu kəndində 12 yaşlı qız qətlə yetirilib.

 

Baku TV-nin məlumatına görə, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

 

Kənd sakinlərindən biri qızın itkin düşdüyü barədə polisə məlumat verən şəxsin məhz onu bıçaqlamaqda şübhəli bilinən bacısı olduğunu bildirib: “Ata-ana çörək pulu dalınca gedib, uşaqlar da evdə qalıb. Ailənin üç övladı var. Hadisə zamanı oğlan çöldə, iki bacı isə evdə imiş. Elə özü polisə xəbər verib ki, bacım itib. Nəsə anlaşılmazlıq olub ki, bu hadisə baş verib. Durduğu yerdə niyə öldürsün, niyə döysün, niyə vursun?”

 

Mərhumun qohumu isə meyitin evin arxasından tapıldığını söyləyib.

 

“Meyiti evin arxasından tapıblar. Sonradan məlum oldu ki, bu əməli bacısı törədib, əvvəlcədən bilinmirdi. Uşaqdır da, uşaqdan nə desən çıxar”, – deyə o əlavə edib.

 

Daha ətraflı “Baku TV”nin süjetində:

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.