Almaniya Kansleri hökumətdə kadr dəyişiklikləri edir - VƏZİYYƏT DƏ DƏYİŞƏCƏKMİ?
VİDEO

Almaniya Kansleri Fridrix Merts hökumətdə və rəhbəri olduğu Xristian Demokratlar İttifaqının (CDU) rəhbərliyində kadr dəyişikliklərini elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, F.Mertsin qərarına əsasən, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokunun Bundestaqdakı fraksiyasının rəhbəri vəzifəsindən istefa vermiş Yens Şpanı Kansler Aparatının rəhbəri Torsten Fray əvəz edib. Səhiyyə naziri Nina Varken Kansler Aparatının yeni rəhbəri, CDU-nun baş katibi Karsten Linnemann isə səhiyyə naziri təyin olunur. Rəqəmsallaşma Nazirliyinin parlament dövlət katibi Filip Amtor (CDU) federal hökumətlə əyalətlər arasında münasibətlərə cavabdeh dövlət naziri vəzifəsini tutacaq.

 

Kansler açıqlamasında bu dəyişikliklərin davam edəcəyini və yaxın vaxtlarda hökumətdə əlavə kadr islahatlarının həyata keçiriləcəyini qeyd edib.

 

Yerli media Kanslerin nəqliyyat naziri Patrik Şnayderin (CDU) də fəaliyyətindən narazı qaldığını, onun da öz vəzifəsindən ayrılmasının gözlənildiyini yazıb.

 

Qeyd edək ki, kadr dəyişikliklərinə Yens Şpanın ABŞ-da surroqat ana vasitəsilə övlad sahibi olması ilə bağlı ictimai müzakirələr fonunda CDU/CSU fraksiyasının sədri vəzifəsindən istefa verməsi səbəb olub. Bu addım Almaniyada qüvvədə olan qanunvericilik və Y.Şpanın əvvəlki siyasi mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün həm ictimaiyyət arasında, həm də partiya daxilində tənqidlərə səbəb olmuşdu.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.