
İyulun 26-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərin bəzi yerlərində yanğın müşahidə edilir.
Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində yazıb ki, hava zərbələri zamanı zərərsizləşdirilən raketin qalığı Şevçenko rayonunda 18 mərtəbəli binanın üzərinə düşüb, nəticədə 7-ci və 8-ci mərtəbələrdə yanğın başlayıb.
Eləcə də, Solomensk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Desnyanski rayonunda isə avtomobillər və dayanacaqlar yanır.
Təcili yardım xidmətləri hadisə yerinə göndərilib.
Yerli telekanallar ölkənin digər bölgələrinin də hava hücumlarına məruz qaldığı barədə məlumatlar yayıblar.