Lavrov: ABŞ Ukrayna üzrə Alyaska razılaşmalarına yanaşmasını dəyişib - VİDEO

“ABŞ Ukrayna ilə bağlı Alyaskada keçirilən sammit zamanı əldə olunmuş razılaşmalara yanaşmasını dəyişib, lakin Rusiya qarşıya qoyulan vəzifələri yerinə yetirəcək”.

 

Senzor.az Rusiya mediasına istinadən bildirir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.

 

Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun açıqlamaları Vaşinqtonun əvvəlki razılaşmalara münasibətini dəyişdiyini göstərir.

 

“Bizim vicdanımız isə təmizdir. Necə deyərlər: söz verdik, sözümüzün üstündəyik. Biz dedik ki, hazırıq”, - Lavrov qeyd edib.

 

Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ-ın mövqeyini dəyişməsinə baxmayaraq, Prezident Vladimir Putinin 2024-cü ilin iyununda müəyyən etdiyi vəzifələr istənilən halda yerinə yetiriləcək.

 

Qeyd edək ki, Marko Rubio Sergey Lavrovla Manilada son görüşdən sonra Ankoric (Alyaska) sammitində irəli sürülmüş təkliflərin nəticəsiz qaldığını bildirib.

 

O, Kiyevin razılaşmaması səbəbindən sülh sazişinin imzalanmasının mümkün olmadığını deyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.