İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsi ilə İran arasında olan qarşıdurmanı dəyərləndirib.
“Walla News” nəşrinin yazdığına görə, o, açıqlamasında İsraillə İran arasında toqquşmanın hər an baş verə biləcəyini bildirib.
Nazirin sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma ölkənin nüvə proqramını dayandıra bilməz.
Qeyd edək ki, bu yaxınlarda yayılan xəbərlərə görə, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması üçün 1,5 milyard dollarlıq yeni fond yaradılıb.