"Bildiyiniz kimi Vətən müharibəsi dövründə qardaş Türkiyənin media nümayəndələrinin bizə dəstəyi, danılmaz əməyi sayəsində gerçəkliklərimizə nail olduq. Beləliklə, qərara alındı ki, bu əməkdaşlıq daha da davam etsin və Türkiyə ilə Azərbaycan arasında media platforması çərçivəsində əməli tədbirlərin həyata keçirilməsi təmin olunsun".
Bu fikirləri "Report"a açıqlamasında, həmin ölkədə təşkil olunan Türk Şurasının Mediaforumunda iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.
O qeyd edib ki, artıq ortaq media platformasının təşkil olunması məqsədilə işçi qrupun hazırlanması ilə bağlı müzakirələr gedir: "Media platformasında məlumat və təcrübə mübadiləsinin aparılması, mətbuat sahəsində peşəkarlığın artırılması nəzərdə tutulub. Həmçinin istər sosial şəbəkələrdə, istərsə də peşəkar media sferasında dünya ictimaiyyətinə gerçəkliklərimizin birgə, vahid media platforması vasitəsilə çatdırılmasının təmin edilməsinə istiqamətlənib".
"Media haqqında qanun"la bağlı jurnalistlərin suallarını cavablandıran Ə.İsmayılov vurğulayıb ki, qanunun müzakirəsi artıq işçi qruplar səviyyəsində yekunlaşıb: ""Media haqqında qanun”a ümumi yanaşma bundan ibarətdir ki, mətbuat sahəsində ölkəmizdə sistemli yanaşmanın tətbiq olunması, media reyestrinin yaradılması və ümumiyyətlə bu sahənin subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin olması ilə əlaqədar təkliflərimiz olacaq və qanun layihəsinin özündə də buna imkan verən normalar nəzərdə tutulub".