“Taliban” İrana heyət göndərməkdən imtina etdi
RƏSMİ
“Taliban” nümayəndələri Əfqanıstanla qonşu ölkələrin XİN başçılarının Tehrandakı görüşünə qatılmayacaq.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu “Taliban” nümayəndəsi Zəbiullah Mücahid deyib.
 
““Taliban” hökumətindən heç kim Əfqanıstanla qonşu ölkələrin XİN başçılarının görüşündə iştirak etməyəcək”, - Mücahid bildirib.
 
Mücahid bununla yanaşı, nazirlərin Tehranda planlaşdırılan görüşünü normal qiymətləndirib.
 
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi Tehranda keçiriləcək xarici işlər nazirlərinin görüşündə altı ölkənin - İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak edəcəyini açıqlamışdı.

Onu da xatırladaq ki, tərəflər öz səylərini Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin formalaşmasına kömək etmək üzərində cəmləməyi planlaşdırır. Bu formatda ilk görüş sentyabrın 8-də onlayn keçirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.