Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri və etiraz aksiyası ilə qarşılanıb.
Unikal.org xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.
Videogörüntüdə Kiprdə Ermənistan parlamenti spikerinin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılanması əks olunur.
Alen Simonyanın avtomobildən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə şüarlar səsləndirməyə başlayıblar.
Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.