Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv prosesində olan “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi - Elnur Həmidov, Eşqin İsmayılov və Anar Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Senzor.az-ın məlumatına görə, sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.
Qeyd edək ki, P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı), digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.
Xatırladaq ki, 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Gəncəbank" ASC müflis elan edilib.