Ukrayna Donbasda “Bayraqtar”dan zərbə endirdi -
KREMLDƏN “EYHAMLI VƏ EHTİYATLI” REAKSİYA
Qorxularımız təsdiqlənir, “Bayraqtar”ların tədarükü neqativ nəticələrə və destabilizasiyaya gətirib çıxara bilər.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
“Bizim Türkiyə ilə həqiqətən xüsusi, yaxşı münasibətlərimiz var, amma hazırkı məqamda bizim qorxularımız təsdiqlənir. Belə növ tədarüklər təmas xəttində situasiyanın potensial destabilizasiyasına gətirib çıxara bilər”, – deyə o bildirib.
 
Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımla bağlı bəyanatını da şərh edib: “Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımı “qaytarmaq” niyyəti ilə bağlı   bəyanatı Rusiyaya ərazi iddiasıdır”.
 
O qeyd edib ki, bu cür bəyanatların mənfi nəticələri ola bilər.
 
Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisində ilk dəfə olaraq “Bayraqtar” PUA-sından istifadə edib. “Bayraqtar” atəşkəsi pozan haubitsanı məhv edib. Haubitsadan açılan atəş nəticəsində isə bir ukraynalı əsgərin öldüyü, digərinin yaralandığı bildirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.