Rusiyada azərbaycanlı tələbəni öldürən şəxsə hökm oxundu -
19 İL HƏBS
Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən Volqoqrad sakini barəsində məhkəmə qərarı məlum olub.
 
Rifan.ru-nun məlumatına görə, 17 yaşlı Timur Qavrilovu qətlə yetirən 22 yaşlı Rusiya vətəndaşı Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
 
Cinayət işinin materiallarına əsasən, 2020-ci il iyunun 13-nə keçən gecə Voroşilov rayonu ərazisində Azərbaycan vətəndaşı olan yeniyetmənin meyiti tapılıb. Mütəxəssislər onun bədənində çoxlu nüfuzedici bıçaq yaraları aşkar ediblər.
 
Tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlamağa nail olublar. Belarusda gizlənən həmin şəxs Smolenskdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
 
Bundan başqa, V.Vasilyevin qanunsuz olaraq odlu silah hazırlaması və saxlaması da müəyyən edilib. O, törətdiyi əməllərə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 
Məhkəmə həmçinin zərərçəkmiş tərəfin 1,7 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbini təmin edib.
 
Qeyd edək ki, Timur Qavrilov Volqorad Tibbi Universitetinin I kursunda təhsil alırmış. Dostlarıgildən gələn Timur 20 bıçaq zərbəsi ilə qətlə yetirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.