Donbas separatçıları "Bayraktar" qarşısında aciz olduqlarını etiraf etdilər –
“İSTƏNİLƏN AN İSTƏDİYİ YERDƏ PEYDA OLUR...”
Ukraynanın şərqində - Donetsk və Luqanskdakı separatçılar Türkiyə istehsalı olan “Bayraktar TB” pilotsuz uçuş aparatından narahatdırlar.
 
Bu, “RİA Novosti”nin separatçıların nəzarəti altında olan ərazidə “Bayraktar”ın uçuşu ilə bağlı yaydığı məqalədə etiraf olunub.
 
Rusiyalı pilotsuz uçuş aparatları üzrə mütəxəssis Denis Fedutinov hesab edir ki, büdcəsi az olan dövlətlər belə texnologiyalardan istifadə etmək imkanından məhrumdurlar.
 
Onun sözlərinə görə, Donbasda “Bayraktar”ın qarşısını almaq üçün separatçıların heç bir vasitəsi yoxdur: "Rusiya istehsalı olan “İqla”, “Pansir” və “Tor” kimi hava hücumundan müdafiə sistemləri Türkiyə PUA-sına qarşı çıxa bilər. Bundan başqa, “Bayraktar” güclü psixoloji təzyiq vasitəsidir. Çünki istənilən an peyda olur”.
 
Hazırda Ukraynanın 6 “Bayraktar”ı və bir neçə yüz sursatı var. Yaxın zamanlarda Ukrayna daha 15 “Bayraktar” almağı planlaşdırır.
 
Məlumata görə, “Bayaraktar” separatçıların nəzarəti altında olan ərazinin 15 km dərinliyinə daxil olub. Ukraynalı təhlilçilərin fikrincə, Donbasda genişmiqyaslı antiterror əməliyyatı aparmaq üçün 50-yə yaxın zərbə aparatı lazımdır.
 
“Report” xatırladır ki, “Bayraktar” İkinci Qarabağ müharibəsində öz imkanlarını nümayiş etdirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.