"Avropa İttifaqı Türkiyədən nümunə götürməlidir".
APA-nın xəbərinə görə, bunu Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks "Twitter"də bildirib.
"İşğalçılara qarşı mübarizədə Ukraynaya göstərdiyi yardıma görə Avropa İttifaqı Türkiyədən nümunə götürməli, hibrid hücumlara görə Polşa, Litva və Latviyaya müasir sərhədlərin qurulmasında dəstək verməlidir. Hazırda Polşa və Baltikyanı ölkələr Aİ-nin işini görür və bunun əvəzini ödəyirlər", - deyə müdafiə naziri qeyd edib.