“İnsanın intihar etmək hüququ var”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin eks-prezidenti Mixail Saakaşvilinin aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
“Qanunda yazılıb ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, lakin təbii ki, dövlət buna görə məsuliyyət daşımayacaq”, - Qaribaşvili əlavə edib.
O, həmçinin bir daha vurğulayıb ki, eks-prezidentin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya transferindən söhbət gedə bilməz: "Bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi demək olardı".
M.Saakaşvili isə bu arada vətəndaşları sabah Gürcüstanda keçiriləcək seçkilərin ikinci turunda fəal olmağa çağırıb.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də, səkkiz illik mühacirətdən sonra Ukraynadan Gürcüstana qayıdıb və dərhal da saxlanılıb. O, bir aya yaxındır ki, həbsxanada aclıq aksiyası keçirir və tibbi yardımdan imtina edib.