“Yer kürəsində yeni təhlükəli virus yaranacaq” - ÜST RƏHBƏRİ XƏBƏRDARLIQ ETDİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edib. 
 
Məlumatı “RİA Novosti” yayıb.
 
“Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”, - deyə o G20 ölkələrinin səhiyyə və maliyyə nazirləri ilə görüşü zamanı bəyan edib.
 
ÜST rəhbəri bildirib ki, növbəti pandemiyaya hazırlaşmaq üçün indiki pandemiyadan dərs almaq lazımdır.
 
 
Qebreyesusun fikrincə, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün hərtərəfli siyasi iştirak tələb edir. O, bununla əlaqədar G20-ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.
 
Baş direktor eyni zamanda vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə istifadə etməlidir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.