“Taliban” Əfqanistanın Pakistanla sərhəddəki Nanqarhar vilayətində təslim olan İŞİD terror təşkilatının onlarla üzvünü əfv edib.
“Report” xəbər verir ki, Nanqarhar vilayətinin rəsmiləri İŞİD üzvü olan 65 nəfərin Kot ve Batkot rayonlarında qəbilə böyüklərinin vasitəçiliyi ilə kəşfiyyat bölmələrinə təslim olduğunu açıqlayıb.
Vilayətin səlahiyyətliləri təəssüflərini bildirən təşkilat üzvlərinin bağışlanmaları və onların yenidən silaha əl atacağı təqdirdə ən ağır şəkildə cəzalandırılacaqları barədə məlumat yayıblar.
Qeyd edək ki, İŞİD tərəfdarları Nanqarharda çoxsaylı hücumlar həyata keçirdikdən sonra “Taliban” bölgədə bu qruplaşmaya qarşı əməliyyatlarını gücləndirib.
Əfqanıstanın müxtəlif bölgələrində hücumlar həyata keçirən İŞİD-in oktyabrın 8-də cümə namazı zamanı Kunduz vilayətində, Sayed Abadda şiə məscidində törətdiyi partlayış nəticəsində 46 nəfər həlak olub, daha 143 nəfər yaralanıb.