VMF fabriki müharibədəki qələbəni əbədiləşdirmək şüarı ilə “Qələbə Vaxtı” silsiləsindən “Qarabağ Azərbaycandır!” saatları istehsal edib.
Kult.az xəbər verir ki, qələbənin bir illiyi ərəfəsində AzTV bu saatların reklamını yaymaqdan imtina edib. Reklam şərtləri daxilində ödəniş edilməsinə baxmayaraq, AzTV-nin menecerləri onu tirajlamağı lazım bilməyib.
Səbəb kimi isə reklam çarxının həm zəif olması, eyni zamanda multiplikativ xarakter daşıması göstərilib. Bildirilib ki, bu səbəbdən sədr reklamın AzTV-də efirə təqdim olunmasını məqbul saymayıb.
Kanaldan Bakupost.az-a bildirilib ki, bir qədər dəyişiklik etmək, xüsusən də Vətən müharibəsinin əsas şüarı olan “Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər: “Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-nin hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”.
BMF-nin rəhbəri Vahid Mustafayev isə buna etiraz edib.
Mübahisəyə səbəb olan reklam çarxını təqdim edirik: