Ermənipərəst xorun növbəti tamahkar solisti – ARGENTİNALI HÜQUQŞÜNAS LUİS MORENO OKAMPO
VİDEO

Ermənilərin özlərinə müttəfiq və müdafiəçi qismində nüfuzu ləkələnmiş insanları tapmaq bacarığı artıq çoxdandır təəccüblü hal deyil.

 

Bu nəinki bu günün, heç dünənin də işi deyil. Proses hələ Qarabağda separatçı hərəkatın başlandığı dövrdə start götürüb.

 

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bəhs edilir.

 

O illərdə Qarabağın Azərbaycandan ayrılmasının lehinə kimlərin səs verdiyini xatırlayaq.

 

Qərb kəşfiyyatının agenti və “yenidənqurma ustası” Yakovlev. SSRİ Daxili İşlər Nazirliyinin sıralarında satqın-korrupsioner Krivopuskov. Görkəmli alim, lakin erməni arvadının zəif iradəli oyuncağı Saxarov. Siyasi karyerasını azərbaycanlıların, elə ermənilərin də kədəri üzərində qurmuş Starovoytova...

 

Ermənilər heç Qərbdə də müttəfiq və müdafiəçi seçimində sərrastlıqları ilə parlamırlar.

 

Məsələn, korrupsiya qalmaqalından başları ayılmayan Avropa Parlamentinin deputatı Eva Kayli, ABŞ senatoru Bob Menendesin əməlləri ermənilərdə ikrah doğurmur.

 

Siyahıya ən böyük məziyyətləri çirklənmiş nüfuz və hüdudsuz tamah olan onlarla, hətta yüzlərlə adamı əlavə etmək olar.

 

Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru, argentinalı hüquqşünas Luis Moreno Okampo da ermənipərəst xorunda Qarabağ haqda qərəzli hesabat verməklə səsini yüksəltdi.  

 

Daha ətraflı videosüjetdə: 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.