Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib
DETALLAR

Avropa İttifaqı ölkələri iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər. 

 

Senzor.az bildirir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen “X” sosial platformasında yazıb.

 

AK Prezidenti qeyd edib ki, bu paket bank sektoruna məhdudiyyətləri sərtləşdirmək və neft-qaz sənayesinə təzyiqi artırmaq məqsədi daşıyır: “Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılaşmanı alqışlayıram. Ukraynanın hərbi impuls qazandığı bir vaxtda sanksiyalarımız Rusiyanın müharibə səylərinin iqtisadi təməllərini zəiflətməyə davam edir”. 

 

O əlavə edib ki, paket Aİ-nin əməliyyat qadağaları siyahısına Rusiyanın 32 bankını əlavə edir, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarət platformalarını hədəf alan tədbirləri nəzərdə tutur.

 

Aİ, həmçinin Moskvanın bazar şoklarından faydalanmasının qarşısını almaq üçün Rusiya neftinin qiymət həddinin tənzimlənməsini bir il müddətinə donduracaq.

 

Ursula Fon der Lyayen qeyd edib ki, Aİ ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” kömək edən gəmiləri də hədəfə alacaq. Onun sözlərinə görə, Brüssel rus döyüşçülərinin Aİ ərazisinə daxil olmasını rəsmi olaraq qadağan etmək istiqamətində mühüm addım atıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.