Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın minalardan təmizlənməsində köməyə görə Azərbaycana təşəkkür edib.
Senzor.az bildirir ki, V.Zelenski bu barədə növbəti videomüraciətində bildirib.
"Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var. Bu, həmçinin Ukraynada istehsal əsaslı olmalıdır ki, biz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək.
Hazırda ümumilikdə ölkəmizdə 174 000 kvadrat kilometr ərazi minalar və partlamamış sursata görə təhlükəlidir. Bizim bu sahədəki ekspertlərimiz hər gün yeni partlayıcı sursatlar aşkar edirlər, bunların daha fəal və təhlükəsiz şəkildə təmizlənməsi üçün bizim daha çox minatəmizləyən avadanlıqlara, maşınlara və xüsusi dronlara ehtiyacımız var. Bu sahədə bizə kömək edən bütün ölkələrə minnətdarıq", - deyə Ukrayna lideri vurğulayıb.