Kreml yəqin ki, “Vaqner” xüsusi hərbi təşkilatının maliyyələşdirməsini dayandıracaq. Belarus hakimiyyəti isə yaraqlılara pul ödəməyi üzərinə götürə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına əsasən yaydığı məlumatda belə deyilir.
Britaniya kəşfiyyatı hesab edir ki, “Vaqner” ilk növbədə əmək haqqı xərclərini azaltmaq üçün ixtisar və formatlaşdırma prosesinə doğru irəliləyir.
Qeyd olunub ki, “Vaqner”çilərin uğursuz üsyanından sonra Rusiya rejimi ehtimal ki, təşkilatın lideri Yevgeni Priqojinin biznesinə qarşı tədbir görüb: “Kremlin artıq təşkilatı maliyyələşdirməməsi ehtimalı realdır. Əgər Rusiya dövləti artıq “Vaqner”çilərə pul ödəmirsə, ikinci ehtimal ödəyici Belarus hakimiyyətidir”.