“Bir ölkənin öz ərazisində separatizmlə necə mübarizə apardığını, eyni zamanda digər ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün sosial şəbəkə səhifəsində yazıb.
“İspaniyanın Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi təşviq etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - deyə diplomat İspaniyanın Rusiyadakı səfirliyinin ermənipərəst paylaşımına cavab verib.
Qeyd edək ki, bir müddət öncə İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım edəcəyini açıqlamışdı.