“İran Rusiya ilə viza rejimini tam olaraq ləğv etməyə hazırdır”.
Bunu İranın Rusiyadakı səfiri Kazem Calali “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı İran rəsmilərinin müvafiq qərarı gözlənilir: “Bundan sonra sözgüedən tədbirlər təsdiq və tətbiq olunacaq”.
Qeyd edək ki, tərəflər arasında 2021-ci ilin iyulunda əldə olunan sazişə əsasən, iki ölkə vətəndaşları 50 nəfərə qədər qrup daxilində vizasız olaraq turistik məqsədlərlə qarşılıqlı səfərlər edə bilərlər. Bu səfərlərin müddəti isə 15 gündən çox olmamalıdır.