BMTM: “Okamponun hesabatı BMT TŞ-nin iclasından əvvəl ölkələrin dəstəyini cəlb etmək məqsədi daşıyır”

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun Azərbaycan əleyhinə hazırladığı hesabat qərəzlidir və BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasından əvvəl bir sıra dövlətlərin dəstəyini cəlb etmək məqsədi daşıyır.

 

Senzor.az bildirir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) məqaləsində belə deyilir.

 

"Okampo faktlara və qanuna "mətbəx təfəkkürü" ilə yanaşır. Bu yanaşma isə heç bir şəkildə Ermənistanın işini irəli aparmadı. Əksinə, bu siyasi çalarlı rəy BMT TŞ-nin 2023-cü il avqustun 16-na təyin edilmiş fövqəladə iclasının keçirilməsində bir sıra əsas dövlətlərin dəstəyini cəlb etmək məqsədi daşıyırmış”, - məqalədə deyilir.

 

O da qeyd olunub ki, Soyqırımı haqqında Konvensiyaya əsasən, Ermənistan Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər: “Lakin onun belə bir iddia ilə çıxış etməməsi onları təsdiq edəcək hər hansı sübutun və bununla bağlı özlərinə əminliyin olmamasından xəbər verir”.

 

Mərkəzin analitikləri belə qənaətə gəliblər ki, Okamponun “şübhəli reputasiyası” və Azərbaycana qarşı qərəzli münasibəti ilə yanaşı, rəyin hüquqi və faktiki çatışmazlıqları onun beynəlxalq təşkilatlar, KİV və məhkəmə orqanları tərəfindən istifadəsi zamanı diqqətlə araşdırılmasını tələb edir.

 

Daha əvvəl beynəlxalq hüquq eksperti, “Temple Garden Chambers” hüquq firmasının müşaviri Rodni Dikson da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddiaların əsassız və tamamilə etibarsız olduğu qənaətinə gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.