ABŞ Cənubi Qafqaz regionunda dinc və firavan gələcəkdə maraqlıdır.
Senzor.az bildirir ki, bunu Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.
“Biz Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiq qalır və bu məsələdə də müttəfiqlərimiz və tərəfdaşlarımızla bölgədə fəal iştirak etməyə davam edəcəyik”, - xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.