ABŞ-ın sabiq prezidenti Donald Trampa zəhərli maddə tərkibli məktub yollayan şəxs həbs olunub.
Belə ki, 2020-ci ilin sentyabrında Ağ Evə Trampın adına məktub ünvanlayan 56 yaşlı Paskalya Ferrier ötən gün məhkəmə tərəfindən 21 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. O, həbs müddətini ABŞ-da çəkdikdən sonra ölkədən deportasiya olunacaq.
Ferrier məhkəmədə çıxışı zamanı etdiyi əməldən peşman olmadığını, yeganə məyusluğunun planının baş tutmaması olduğunu və Trampın ABŞ üçün özündən daha böyük təhlükə oldğunu deyib.
“Real” xatırladır ki, 3 il öncə Ağ Evin təhlükəsizlik xidməti göndərilən zərfdə çox az miqdarının belə ölümə səbəb ola bildiyi zəhərli risin maddəsi aşkar etmişdi. Risin sianid turşusundan 6 min dəfə daha zərərlidir və risinə 36-72 saat ərzində məruz qalan insan nəfəs çatışmazlığı ilə üzləşir.
Onu da qeyd edək ki, bu, ABŞ prezidentlərinə göndərilən ilk zəhərli maddə tərkibli məktub deyil. Daha öncə ABŞ-ın hüquq-mühafizə orqanları prezident Barak Obamaya ünvanlanan məktubda da zəhərli risin maddəsi aşkar etmişdi.