Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər yayıb.
“Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək.
Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.