Bakıda zəhərlənən dünya çempionu: Məni müalicə edən tibb işçilərinə təşəkkür edirəm - VİDEO

“Dünənə nisbətən özümü daha yaxşı hiss edirəm. Təşkilatçılara minnətdaram. Məni müalicə edən həkimlərə və tibb bacılarına təşəkkür edirəm”.

 

Senzor.az bildirir ki, bunları Bakıda keçirilən şahmat üzrə dünya çempionatının finalçısı Maqnus Karlsen zəhərlənməsi ilə bağlı danışarkən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidmətinə açıqlamasında deyib.

 

Norveçli keçmiş dünya çempionu finalın sabahkı tay-brek görüşlərində daha güclü olacağına inamını ifadə edib: “Nisbətən yaxşı olsam da, hələ də özümü mübarizə üçün tam enerjili hesab etmirəm. Sabah daha güclü olacağıma inanıram”.

 

O, tay-brekdə qalib gəlmək üçün yaxşı şanslarının olduğunu əlavə edib.

 

Xatırladaq ki, daha əvvəl M.Karlsen azərbaycanlı qrosmeyster Nicat Abasovla yarımfinal görüşündən sonra zəhərləndiyini açıqlayıb.

 

Qeyd edək ki, Karlsenin hindistanlı Rameşbabu Praqnananda ilə final qarşılaşmasında hər iki klassik partiya heç-heçə başa çatıb. Dünya Kubokunun qalibi sabah rapid və ya blits oyunlarında müəyyənləşəcək.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.