Yalan, çiçəklər, absurd: AİLƏSİNDƏN İMTİNA EDƏN NAZİR BAKIYA GƏLİR
ELÇİN ALIOĞLU YAZIR

Əvvəl ailəsindən, sonra valideynlərindən, daha sonra ölənədək sadiq qalacağını dediyi demokratiya ideallarından və dəyərlərindən, ən sonda da məntiqdən imtina edən siyasətçini ciddi qəbul etmək olarmı?

 

53 yaşlı, əlcəzairli mühacir ailəsində doğulmuş Haca Ləbib Belçikanın xarici işlər, xarici ticarət və mədəni institusiyalar naziridir.

 

Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində ilk əvvəl Gürcüstana baş çəkən Labib sonra Ermənistana yollanıb.

 

İrəvanda o, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşərək danışıqlar aparıb.

 

Mirzoyanla görüşündə o, deyib: "Son danışıqlar göstərdi ki, sülh sazişinin imzalanması yaxındır. Əvvəlcə Brüsseldə, daha sonra İrəvan və Bakıda məsləhətləşmələr keçirilməlidir. Ümid edirik ki, onlar tarixi dönüşə gətirib çıxaracaqlar". 

H.Labibin sözlərinə görə, yekun sülh sazişinin imzalanması prosesində Azərbaycanla Ermənistan Avropa İttifaqının köməyinə ümid edə bilər.

 

İrəvanda H.Labib yaralı erməni əsgərlərə də baş çəkib, onlara çiçək paylayıb.

 

Haca Ləbib İrəvanda olarkən onu da vurğulayıb ki, "qarabağlı ermənilərin yaşadıqları problemlər və üzləşdikləri çətinliklər onu çox narahat edir, təlaşlandırır": "Bakıda olarkən azərbaycanlı həmkarımla bu məsələləri mütləq müzakirə edəcəyəm".

 

Madam Haca Labibin mövqeyi, onun davranışı, siyasi kredosu və ümumiyyətlə, bələd olmadığı məsələlərlə bağlı belə "iradəli və qətiyyətli fikir yürütmək" şakəri təəccüblü deyil.

 

Daha doğrusu, Labibin diletantlığı bizə qəribə gələ bilər - amma Belçika sakinləri, flamandlar və vallonlar onu "Sürüşkən Haca" adlandırır, naziri yaxşı tanıdıqlarına işarə vururlar.

 

Belədirsə, kimdir Haca Labib? 

Belçikanın Eno əyalətində, kiçik Bussyu şəhərində əlcəzaili şaxtaçının evində doğulmuş Haca 4 qardaş-bacı ilə böyüyüb. Katolik məktəbdə təhsil alan Haca 17 yaşı olanda "İslamdakı radikal qaydalar və şərtlər"dən, bir il sonra, yəni 18 yaşı tamam olanda isə ailəsindən imtina edib, qohumları və ümumiyyətlə, ərəb icması ilə bütün əlaqələri kəsib.

 

Brüssel Azad Universitetinin jurnalistika fakultəsində təhsil almış H.Labib 1997-ci ildə Belçikanın RTBF dövlət teleradio şirkətində işə düzəlib.

 

Yaxın Şərq ölkələrində, Əfqanıstanda, Pakistanda və Hindistanda olan proseslərdən reportajlar hazırlayıb.

 

2021-ci ildə o, jurnalist kimi Krım yarımadasına yollanıb: amma Rusiya Federasiyasından viza alaraq. Təbii ki, Ukrayna bu demarşı hiddətlə qarşılayıb, Labibin səfərini qanunsuzluq və Ukraynanın suverenliyinə sayğısızlıq, separatçılara isə dəstək kimi qiymətləndirib.

 

Haca Labibin həmin səfəri Belçika parlamentində də müzakirə edilmiş, qalmaqala səbəb olmuşdu.

 

2022-ci ilin iyulun 15-də isə o, Belçikanın xarici siyasət departamentinin rəhbəri postunda Sofi Vilmesi əvəzləyib.

 

Ötən ilin avqustun 31-də isə o, Avropa İttifaqı Şurasının Praqada keçirilən sammitində XİN başçıları Şurasının iclasında ciddi etirazlara səbəb olan "təklif"lə çıxış etmişdi. Lababın fikrincə, Mərkəzi Avropa ölkələrinin "Rusiya Federasiyasının bütün vətəndaşlarına Şengen vizasının verilməsi yasaqlanmalıdır" təşəbbüsü yolverilməzdir.

 

Haca Lababın bu təklifini avropalı həmkarları şiddətlə tənqid etmiş, "Rusiyaya aşkar tərəfkeşlik", "Moskvanı dəstəkləmək" və "təhlükəli kollaborasionizm" kimi dəyərləndirmişdilər.

 

Bu xanımın Belçikanın XİN başçısı postunda çalışdığı ilk gündən bəri eksentrik davranışı, nazir statusu ilə çətin uyğunlaşa biləcək açıqlamaları, islamofobiya həddində ləngər vuran bəyanatları və ən nəhayət, yaxşı bələd olmadığı mövzularda" qəti fikir yürütmək" kimi zərərli şakəri ciddi rezonsnslar doğurub, sərt tənqidlərə səbəb olub.

 

Məsələn, Somali və Somalilend arasındakı qarşıdurmada o, regiondakı proseslərə dərindən, təfərrüatı ilə, detallı şəkildə bələd olmamasına rəğmən "Somalilendin haqlı tələblərini Avropa dinləməlidir" deyərək rəsmi Xartumu hiddətləndirmişdi.

 

Haca Labibin Polşa, Monqolustan, Tayvan, Şri-Lanka, Liberiya, Venesuela ilə bağlı bəyanatları Belçikada karikaturaçıların sevimli mövzularıdır.

 

Azərbaycanla Ermənistan arasındakı problemə, xüsusilə də Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan qarabağlı ermənilərlə bağlı situasiyaya gəldikdə isə, H.Labib mövzu barədə səthi məlumatlara malikdir, proseslərin xronologiyasından, səbəblərindən və gedişatından xəbərsizdir. Vəziyyəti ağırlaşdıran digər məqam isə Haca Labibin aşkar, pərdələməyə çalışmadığı ermənipərəstliyidir. 

Sabah Azərbaycana səfəri başlayan Haca Labibə "intellekt"inə, mövqeyinə və demaqogik populizminə uyğun münasibət göstərilməlidir.

 

Anlayırıq, diplomatik protokol var, qaydalar mövcuddur və s. Lakin İrəvanda yaralı erməni əsgərlərə çiçək verən Belçikanın XİN başçısının Şəhidlər Xiyabanına aparılması nə dərəcədə dürüst olardı?

 

Azərbaycan bütün ölkələrlə normal, sivil və səmimi münasibətlərdə maraqlıdır, buna tərəfdardır.

 

Lakin köhnə sirkin arenasındakı tapyor kloununu davranışlarına bənzər hərəkətləri ilə tanınan, qeyri-adekvat bəyanatlar verən, diletantlığı və ən pisi, subyektivliyi ilə tanınan Haca Labiblə niyə sayğı ilə davranmalıyıq ki...







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.