Putin Priqojindən danışdı: "ÇƏTİN TALEYİ OLAN İSTEDADLI İNSAN İDİ..."
VİDEO

““Vaqner” rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin taleyi olan, lakin istedadlı, nəinki özü üçün, eyni zamanda cəmiyyət üçün vacib nəticələr əldə edən biri idi”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Rusiya Prezidenti Vladimir Putin Yevgeni Priqojinin təyyarə qəzası ilə bağlı situasiyanı şərh edərkən deyib.

 

“Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvlər olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən Afrikada işləyirdi”, - deyə Kreml rəhbəri bildirib.

 

Qeyd edək ki, ötən gün (23 avqust) göyərtəsində Y.Priqojinin də olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya düşüb və 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.

 

Təyyarənin daxildən partladıldığı və yaxud zenit-raket kompleksi ilə vurulduğu haqda iddialar var.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.