Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında həlak olması ilə bağlı ailəsi və yaxınlarına başsağlığı verib.
Bu barədə R.Kadırov Teleqram hesabında yazıb.
“Şübhəsiz ki, onun xüsusi hərbi əməliyyata böyük töhfəsi olub. Bu xidməti onun əlindən almaq olmaz. Onun ölümü bütün dövlət üçün böyük itkidir”, - deyə Kadırov qeyd edib.