“İlk növbədə hər iki tərəfin, yəni Azərbaycan və Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Əks təqdirdə məsələnin həllində hər hansı bir irəliləyişə ümid etməyə dəyməz”.
Senzor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun brifinqdə Emmanuel Makronun vasitəçilik səylərini gücləndirmək vədlərinə Moskvanın münasibəti ilə bağlı sualını cavablandırarkən deyib.
M.Zaxarova qeyd edib ki, Rusiya tərəfi Moskvanın səylərinə zidd olmayan istənilən vasitəçilik təşəbbüslərini alqışlayır: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Rusiyanın səylərinə zidd və xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayırıq. Fransanın bu istiqamətdəki fəaliyyəti isə bizə yaxşı məlumdur”.