Əsgəranda Ağdamdan Xankəndiyə gedən yolu bağlayan ermənilər indi də Rusiya sülhməramlılarının yük maşınlarının Ağdam istiqamətində yola düşməsinin qarşısını alırlar.
Turan bildirir ki, bu barədə Ermənistan teleqram kanalları yazır.
Bu gün sülhməramlılarla əldə olunan razılaşmaya əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gətirdiyi 40 ton unu rus hərbçiləri Qarabağın ermənilər yaşayan hissəsinə aparmalı idilər.
Azərbaycan mənbələrinin məlumatına görə, güman edilirdi ki, un kisələri sülhməramlıların maşınlarına doldurulmalı və bu yük Qızıl Aypara nümayəndələrinin müşayiəti olmadan Xankəndinə daşınmalı idi.
Amma görünür, ermənilər “humanitar böhran” iddialarına baxmayaraq, “Azərbaycan unu”ndan imtina edirlər.