Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı

Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa “humanitar yük” göndərib.

 

Senzor.az bildirir ki, Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb.

 

Nəticədə, Fransanın “humanitar yükü” Azərbaycan ərazisinə buraxılmayıb.

 

Məsələ burasındadır ki, Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.

 

Qeyd edək ki, bu gün Parisin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan “humanitar yük”lə dolu 10 maşın Laçın sərhədinə gəlib. Həmin maşınları bundan əvvəl Ermənistanın göndərdiyi 21 TIR-ın yanında yer alıb.

 

Ermənilər TIR-ların dayandığı yerdə “humanitar yardım mərkəzi” yaradaraq, yükləri qəbul edəcəklərini elan ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.