BRİKS, NATO və Türk Dövlətləri Təşkilatı kimi birliklər indiki geosiyasi şəraitdə önəm qazanırlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beynəlxalq siyasətdə yeni kartlar açılanda əməkdaşlıq üçün yeni variantların axtarışı ön plana çıxır. NATO, BRİKS, Türk Dövlətləri Təşkilatı kimi birliklər də çoxtərəfli əməkdaşlıq platforması kimi beynəlxalq siyasətdə çəkilərini artırmaqdadır”, - Ərdoğan vurğulayıb.