Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın "istefa verməsi" Ermənistanda hakimiyyətin dəyişməsi üçün "müəyyən imkanlar pəncərəsi" açıb. İndi hakim komandanı hakimiyyətdən 21 sentyabra – Ermənistanın müstəqillik gününə qədər uzaqlqşdırmaq imkanı var.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, bunu bu gün Ermənistanın "Həmrəylik" Partiyasının lideri Sarkis Avetisyan deyib.
"Bu gün biz nüsxədən xilas olduq, qaldı orijinal", - deyə S. Avetisyan əlavə edib.
Qeyd edək ki, Ermənistan müxalifəti sentyabrın 2-də İrəvanın Azadlıq meydanında mitinq keçirəcək. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın mitinqində iştirak edəcəkləri gözlənilir.
“Serj Sarkisyan siyasi komandası və tərəfdarları ilə mitinqdə iştirak edəcək”, - deyə Sarkisyanın ofisinə cavabdeh olan Meri Arutyunyan məlumatı təsdiqləyib.
Senzor.az