Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar qəbul edib.
Qərara əsasən, E.Sadıqovun Vəkillər Kollegiyasından xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərar ləğv olunub və o, vəkillik fəaliyyətinə bərpa edilib.
İş, yenidən rəy verilməsi üçün intizam icraatına göndərilib.