Suriyada Dəməşq hökumətinə qarşı kütləvi etiraz aksiyası - BƏŞƏR ƏSƏDİN İSTEFASI TƏLƏB OLUNUR

Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

 

Həsəkənin Rəsuleyn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları, həmçinin Hələbin Daret İze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələri ilə yanaşı Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera vilayətlərində keçirilən nümayişlərə minlərlə insan qatılıb.

 

Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya Prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.

 

Onlar "Əsəd, istefa et", "Suriya bizimdir, onu heç kimə təslim etməyəcəyik" kimi şüarlar səsləndiriblər.

 

Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri bu gün obyektləri bağlayaraq nümayişlərə dəstək veriblər.

 

“Report” xatırladır ki, avqustun 16-da Dəməşq rəhbərliyinin yanacağın qiymətini artırma qərarından bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqədə nümayişlər başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.