Rusiyanın dövlət başçısı Vladimir Putin yaxın vaxtlarda Çin Prezidenti Si Cinpinlə görüşəcəyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Putin məktəblilərlə görüşündə deyib: “O, məni dostum adlandırır. Mən də onu dostum adlandırmaqdan məmnunam. Çünki o, Rusiya-Çin münasibətlərinin inkişafı üçün çox işlər görüb".
Putinin sözlərinə görə, iqtisadi və siyasi həyatın mərkəzi tədricən Asiyaya keçəcək: “Bu, obyektiv prosesdir”.
Kreml rəhbəri Çin və digər Şərq dillərinin öyrənilməsinin rus məktəbi kurikulumuna daxil edilməsi təklifini də dəstəkləyib.