Rusiyapərəst erməni bloger Mikael Bədəlyan və “Sputnik Armeniya”nın icmalçısı Aşot Gevorkyan ötən gecə Gorus şəhərində saxlanılıblar.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
“Onlar hazırda İstintaq Komitəsindədirlər”, - deyə məlumatda bildirilib.
Saxlanılanlar odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci bəndi) maddəsi ilə ittiham olunurlar.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.