Paşinyan separatçıların yeni liderini niyə təbrik etməyib? - “ARAİKLƏ ARAMIZDA HƏMİŞƏ...”

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində Qarabağdakı separatçıların «yeni rəhbərinin seçilməsi» ilə bağlı sualı cavablandırarkən deyib ki, hazırkı vəziyyətdə “Samvel Şahramanyanı təbrik etmək üçün elə bir şey yoxdur”.

 

Senzor.az bildirir ki, Paşinyan Araik Arutyunyanın istefasından təəssüfləndiyini də vurğulayıb və qeyd edib ki, onlar arasında “həmişə qarşılıqlı anlaşma və yaxşı işgüzar mühit olub”.

 

"Yeni lider Samvel Şahramanyana gəlincə, vəziyyət elədir ki, onu təbrik etmək üçün elə bir şey yoxdur. Onun üzərinə çox böyük məsuliyyət qoyulub. Və bu gün biz müxalif yox, müqayisə xəttini rəhbər tutmalıyıq, yanaşmalarımıza və mövqelərimizə beynəlxalq birliyin məntiqi ilə baxmalıyıq”, - Paşinyan bildirib.

 

Onun sözlərinə görə, bu həm də “Dağlıq Qarabağdakı humanitar böhranı siyasiləşdirməkdən” imtinaya aiddir: “Bizim səylərimiz bu böhranın aradan qaldırılmasına yönəldilməlidir. Biz imkan verməməliyik ki, artıq siyasiləşmə səbəbindən məsələnin humanitar mahiyyəti siyasi mahiyyətə çevrilsin. Yanaşmalarımız bu məntiqdən irəli gəlir”.

 

O həmçinin bildirib ki, Ermənistan rəhbərliyi ilə “Dağlıq Qarabağın yeni hakimiyyət orqanları” arasında əlaqələr mövcuddur. Onun sözlərinə görə, bu, "birinci əldən məlumat əldə etmək" üçün vacibdir.

 

Xatırladaq ki, sentyabrın 9-da separatçıların “parlamenti” keçmiş “dövlət naziri” Samvel Şahramanyanı yeni “prezident” seçib. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.