Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub. Amma...
APA-nın məlumatına görə, Qarabağdakı separatçı rejim açıqlama yayaraq "Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı olan heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər".
Guya Xankəndidə "humanitar böhran"ın yaşandığını iddia edən və bunu dünyaya car çəkən ermənilərin "Azərbaycan istehsalı olan heç bir məhsulu qəbul etməyəcəklərini bəyan etmələri" daha bir rasizm nümunəsidir.
Əgər həqiqətən də humanitar yardıma ehtiyac varsa, məhsulun harada istehsal edilməsinin heç bir əhəmiyyəti olmamalıdır.
Bu davranışları ilə separatçılar vəziyyəti daha da gərginləşdirmək istəyirlər.
Xatırladaq ki, BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın dəhlizi ilə yanaşı, Ağdam - Xankəndi yolları vasitəsilə çatdırılmasına dair razılıq əldə olunub.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.
**16:28
Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
Trend xəbər verir ki, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.
Azərbaycanın prinsipial mövqeyi növbəti dəfə qalib gəldi.