Ərdoğan: Türkiyə ABŞ ilə əməkdaşlığın inkişaf səviyyəsindən məmnundur

Ankara ABŞ ilə əməkdaşlığın inkişaf səviyyəsindən məmnundur.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda dəyirmi masada çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenlə danışıqlar zamanı dalana dirənmiş əksər problemlər aradan qaldırılıb və təmasların genişləndirilməsi barədə qərar qəbul edilib.

 

Ərdoğan bildirib ki, Ankara və Vaşinqton terrorla mübarizədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

 

Dövlət başçısı həmçinin vurğulayıb ki, hazırda Türkiyə ilə Aİ arasında münasibətlərin canlanması üçün bir fürsət pəncərəsi açılıb.

 

Türkiyə Prezidenti regionda terrorla mübarizə mövzusuna da toxunub.

 

“Bölgədə baş verən hər bir hadisə bir daha sübut edir ki, terrorçuları bir-birindən fərqləndirməyə, onları “yaxşı” və “pis”ə bölməyə çalışmaq nə qədər yanlışdır”.

 

Ərdoğan vurğulayıb ki, Türkiyə suriyalı qaçqınların təhlükəsiz və könüllü olaraq öz torpaqlarına qayıtmasının tərəfdarıdır. "Suriyada qaçqınlar üçün daimi yaşayış binalarının tikintisi davam edir. Tikinti başa çatdıqdan sonra Suriyaya qayıdanların sayı 600 mindən 1 milyon nəfərə yüksələcək".

 

Türkiyə-İraq inkişaf yolu layihəsindən danışan Ərdoğan bu təşəbbüsün “yeni dünya qurmaq üçün bir fürsət olacağını” deyib.

 

Onun sözlərinə görə, Körfəz ölkələri, eləcə də Türkiyə bu layihəni həyata keçirməkdə qərarlıdır.

 

Türkiyə lideri onu da qeyd edib ki, gizli və aşkar embarqolara baxmayaraq, Türkiyə müdafiə sənayesində qlobal oyunçu kimi ortaya çıxıb.

 

O xatırladıb ki, 2023-cü ilin birinci yarısında Türkiyənin müdafiə sənayesi ixracatı 2,4 milyard dollara çatıb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.