Azərbaycan tərəfindən Qarabağda etnik təmizləmə aparılması barədə danışmaq üçün əsas yoxdur.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Bakıdan məqsədin yalnız hərbi obyektlərin olması barədə bəyanatları eşidirik. Onlar mülki hədəflər üzrə işləmirlər”, - deyə D.Peskov bildirib.
O vurğulayıb ki, Rusiya indi Qarabağdakı vəziyyətin Azərbaycanın daxili işinin olmasını etiraf edir.