Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana qarşı cinayət işi açılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə vəkil Aleksandr Koçubayev məlumat verib.
Koçubayev qeyd edib ki, Köçəryan bugünkü etiraz aksiyaları zamanı dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiq Köçəryanın həbsi barədə qərar təqdim edib.
Koçubayev baş verənləri hüquqi qanunsuzluq adlandırıb və İstintaq Komitəsinin əməkdaşlarını Köçəryanın döyülməsi ilə bağlı videonu araşdırmağa çağırıb.
“İnterfaks” xəbər verir ki, Köçəryanın oğlu xəstəxanaya yerləşdirilib. Onun hüquq-mühafizə orqanlarının avtomobilində polis tərəfindən döyülməsinin görüntüləri daha əvvəl Ermənistan mətbuatı tərəfindən yayılıb.
İrəvandakı “Nairi” Tibb Mərkəzindən nəşrə bildiriblər ki, Köçəryana qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.
**12:40 (22.09.2023)
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Bu gün polis paytaxt İrəvanın mərkəzində kütləvi həbslərə başlayıb.
“Sputnik Armenia”yanın yaydığı məlumata görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən, sərt şüarlar səsləndirərək yolları bağlamağa çalışan etirazçıların bir hissəsi artıq saxlanılıb.
Qeyd edilir ki, saxlanılanlar arasında Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan da var.
"Etirazçılar Əmiryan küçəsində aksiya keçirirdilər. Polis fəallara güc tətbiq edib onları asfaltda sürüyərək həbs etməyə başlayıb. Bir neçə polis əməkdaşının Koçaryanın oğlunu boğaraq polis maşınına sürükləməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara təpik vurmasını əks etdirən görüntülər var", - nəşr yazıb