Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.
TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən deyib.
"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Hazırda oradakı sülhməramlılarımız Qarabağ nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər", - nazir bildirib.
S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.