Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Senzor.az bildirir ki, baş həkim jurnalistlərə açıqlamasında Qənirə Paşayevanın vəziyyətinin ağır olaraq qaldığını söyləyib.
“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”, - deyə baş həkim vurğulayıb.